Millimizin futbolçusu “Qalatasaray”ı ÇL-ə çıxartdı
25.09.2024 - 23:10
Millimizin futbolçusu “Qalatasaray”ı ÇL-ə çıxartdı

Qadın futbolçulardan ibarət komandaların Çempionlar Liqasında mübarizə davam edir.

Apasport.az xəbər verir ki, bu gün "Qalatasaray" 2-ci mərhələnin cavab matçında "Slaviya"nın qonağı olub.

Çexiyada baş tutan oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. İlk qarşılaşmada da bərabərlik (2:2) qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub.

Burda səhnəyə millimizin futbolçusu Nazlıcan Parlak çıxıb. Onun vurduğu qolla "Cimbom" qələbə qazanıb və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

"Qalatasaray" bunu bacaran ilk Türkiyə klubu kimi tarixə düşüb.

0