"Qarabağ" klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" ilə oyunu qaldığı yerdən davam edir.
Apasport.az xəbər verir ki, İtaliyada baş tutan və şiddətli yağış səbəbindən 61-ci dəqiqədə yarımçıq dayandırılan matçda fasilə başa çatıb.
Qeyd edək ki, sözügedən matçda "Napoli" 1:0 hesabı ilə öndədir.
"Qarabağ" və "Napoli"nin əsas komandaları isə bu gecə Bakı vaxtı saat 00:00-da qarşılaşacaqlar.
****
19:02
“Qarabağ” klubunun U-19 komandası ilə “Napoli” arasında UEFA Gənclər Liqasının əsas mərhələsi çərçivəsində keçirilən oyun əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılıb.
Apasport.az xəbər verir ki, İtaliyada baş tutan görüş 61-ci dəqiqədə güclü leysan yağışı səbəbilə yarıda saxlanılıb.
Hazırda matçın çexiyalı baş hakimi Dominik Stari yağışın səngiməsini gözləyir və qarşılaşmanın qaldığı yerdən davam etdirilməsi mümkündür.
Qeyd edək ki, oyun dayandırılan anda hesab “Napoli”nin xeyrinə 1:0 idi.
- De Bleker “Barselona” - “Nyukasl” oyununa təyinat alıb
- “Sportinq”dən möhtəşəm geridönüş, “Arsenal” və “Real” 1/4 finalda - YENİLƏNİB
- İran FIFA ilə Dünya Kuboku matçlarını ABŞ-dan Meksikaya keçirmək üçün danışıqlar aparır
- Əliyar Ağayev 1/8 final matçında - RƏSMİ
- "Liverpul" - "Qalatasaray" matçının hakimləri bəlli oldu