Parisdə jurnalistlərin olduğu avtobus qəzaya düşüb
27.07.2024 - 16:47
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistlərin olduğu avtobus qəzaya düşüb.
Apasport.az xəbər verir ki, bu barədə "Yomiuri Shimbun" nəşrinin əməkdaşı Vakako Yuki məlumat verib.
Onun sözlərinə görə, avtobus metal dirəyə çırpılıb. O, xəsarət almadıqlarını bildirib:
"Sürücü şokda olduğu üçün heç bir söz demədi. Biz növbəti avtobusu gözləməkdənsə, ən yaxın metro stansiyasına piyada getməyə qərar verdik".
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
- Batumidəki insident Türkiyə klublarını birləşdirdi – “Beşiktaş”a dəstək
- ÇL: Həftənin ən yaxşısı bəlli oldu
- Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu
- ÇL-da son vəziyyət: “Sabah”, “Qalatasaray” və “Fənərbaxça” neçəncidir? – FOTO
- ÇL: “Bavariya” uduzdu, PSJ xal itirdi - YENİLƏNİB
1
0