![“Qalatasaray" Çempionlar Liqası ilə vidalaşıb - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2024/august/27/big/66ce6ae71a9ee66ce6ae71a9ef172480381566ce6ae71a9ec66ce6ae71a9ed.jpg)
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Türkiyənin turnirdə yeganə təmsilçisi “Qalatasaray” İstanbulda “Yanq Boyz”u qəbul edib.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında İsveçrədə baş tutan görüşdə də “cim-bom” uduzub – 2:3.
Bu nəticədən sonra qitənin ən nüfuzlu futbol turniriylə vidalaşan "Qalatasaray" avrokubok macərasını Avropa Liqasında davam etdirəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
23:00 "Qalatasaray" (Türkiyə) – "Yanq Boyz" (İsveçrə) 0:1
İlk oyun 2:3
23:00 "Zalsburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) 1:1
İlk oyun 2:0
23:00 "Sparta" (Praqa, Çexiya) – "Malmö" (İsveç) 2:0
İlk oyun 2:0
- AVRO-2027 Serbiya və Albaniyada keçiriləcək
- Avropa Liqası: "Qalatasaray" və "Fənərbaxça"nın matç saatları bəlli olub
- Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının vaxtı açıqlanıb
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu - YENİLƏNİB
- Çempionlar Liqası: "Mançester Siti" pley-offda "Real"la qarşılaşacaq - YENİLƏNİB