"Qalatasaray"a daha bir şok: Muslera zədələnib
22.08.2024 - 00:16
"Qalatasaray"ın İsveçrədə "Yanq Boyz"a qarşı keçirdiyi matçda zədələnən Fernando Muslera oyuna davam edə bilməyib.
Apasport.az xəbər verir ki, ilk hissənin son dəqiqələrində meydan sahiblərinin futbolçusu Monteyra ilə toqquşan uruqvaylı qapıçı ikinci hissədə meydana çıxa bilməyib.
Onu İstanbul klubunun ikinci qapıçısı Günay Güvenç əvəzləyib.
Qeyd edək ki, hazırda davam edən görüşün ilk hissəsi "Yanq Boyz"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
- Batumidəki insident Türkiyə klublarını birləşdirdi – “Beşiktaş”a dəstək
- ÇL: Həftənin ən yaxşısı bəlli oldu
- Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli oldu
- ÇL-da son vəziyyət: “Sabah”, “Qalatasaray” və “Fənərbaxça” neçəncidir? – FOTO
- ÇL: “Bavariya” uduzdu, PSJ xal itirdi - YENİLƏNİB
0
0