"Qarabağ” İtaliyadan xalsız qayıdır - YENİLƏNİB
26.11.2025 - 01:51
"Qarabağ” İtaliyadan xalsız qayıdır - YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Napoli”nin qonağı olub.

İtaliyada baş tutan görüşə saat 00:00-da start verilib.

Gərgin keçən matçda təmsilçimiz rəqibinə 0:2 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası
V tur

25 noyabr

00:00 Napoli – Qarabağ 2:0

Qol: S. Maktominay, 65, M. Yankoviç, 72(ö.q)

Baş hakim: Şimon Marçinyak
İtaliya, “Dieqo Maradona” stadionu.

"Napoli": 32. M.Saviç, 17. Olivera, 4. Buongiorno, 31. Beukema, 22.Di Lorenzo, 8. McTominay, 68, Labotka, 13.A.Rahmani, 7. David Neres, 19. Hoylun, 70.Lang

Baş məşqçi: Antonio Konte

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Meteus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalo, 11. Addai, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov