UEFA-nın prezidenti Ronaldonu mükafatlandırıb
30.08.2024 - 00:11
Bu gün keçirilmiş UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimində portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo mükafatlandırılıb.
Apasport.az xəbər verir ki, buna səbəb Ronaldonun Çempionlar Liqasında ən çox qol vuran futbolçu olmasıdır.
Karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubunda davam etdirən futbolçu Çempionlar Liqasında 183 matça çıxıb.
Bu oyunlarda 140 qol vuran portuqaliyalı ulduz 5 dəfə çempionluq, 7 dəfə isə bombardirlik yaşayıb.
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- ÇL: “Atletiko”dan əzmkar qələbə, “Barselona” məğlub oldu - YENİLƏNİB
- ÇL: “Seltik"dən darmadağın, "Borussiya"dan səfər qələbəsi - YENİLƏNİB
- ÇL: “Bavariya”dan darmadağın, “Liverpul”dan geridönüş - YENİLƏNİB
- Cümə axşamı Çempionlar Liqası: Təqvim bəlli oldu
0
0