5 boksçumuz Konstantin Korotkov Memorialının yarımfinalında mübarizə aparacaq
15.05.2024 - 16:16
5 boksçumuz Konstantin Korotkov Memorialının yarımfinalında mübarizə aparacaq

Azərbaycanın üç boksçusu - Maqsud Xasmetov, Ümid Rüstəmov və Ruslan Rüstəmov Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında ilk görüşlərini qələbə ilə başa vuraraq yarımfinala vəsiqəni, həmçinin bürünc medalları təmin edib.

Boks Federasiyasından apasport.az-a verilən məlumata görə Maqsud Xasmetov 1/4 final çərçivəsində rusiyalı Nurlan Səfərovu məğlub edib. Boksçumuz 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə qələbə qazanıb. Xasmetov yarımfinalda Denis Parilovla (Rusiya) üz-üzə gələcək.

Ümid Rüstəmov da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Rusiya çempionu Yevgeni Lyaşkovu mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Rüstəmov ikinci qarşılaşmasında Maksim Pankovla (Belarus) döyüşəcək.

63,5 kq-da Ruslan Rüstəmov isə 1/4 finalda Aleksandr Kirsanovdan (Rusiya) güclü olub. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Nikita Birenkovu (Rusiya) sınağa çəkəcək.

Yığmamızın digər üzvlərindən Mirşərif Kazımzadə (75 kq) finala vəsiqə üçün Yeqor Şapoçanski (Rusiya) ilə, İlqar Salahov (67 kq) Ruslan Abdullayevlə (Özbəkistan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları mayın 17-də olacaq.

0