“Yuventus” və “Nyukasl”ın hədəfində olan futbolçu qərarını açıqladı
25.11.2026 - 22:39
“Yuventus” və “Nyukasl”ın hədəfində olan futbolçu qərarını açıqladı

İtaliyanın “Latsio” klubunun yarımmüdafiəçisi Kennet Teylor bir neçə komandanın onunla maraqlandığını təsdiqləyib.

Apasport.az xəbər verir ki, 24 yaşlı niderlandlı futbolçu “Nyukasl” və “Yuventus”un transfer hədəfində olduğunu bildirib.

Yarımmüdafiəçi qış transfer pəncərəsində Roma təmsilçisindən ayrılmaq niyyətində olmadığını vurğulayıb:

“Bütün bunlar doğrudur. Mənə bu maraq barədə məlumat veriblər. Amma daha əvvəl də demişəm ki, yanvarda ayrılmaq heç ağlımdan belə keçmir. Burada qalmaq və “Latsio”nun Çempionlar Liqasına qayıtmasına kömək etmək istəyirəm”.

Həmçinin Teylor yay transfer pəncərəsində klubunu dəyişmək ehtimalını istisna etməyib.