Boks millimiz Batumidə beynəlxalq turnirdə mübarizə aparacaq
23.06.2025 - 15:51
Azərbaycan boksçuları Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi altında Mətin Məmmədov (55 kq), Elbrus Adıgözəlov (60 kq), Maqsud Xasmetov (65 kq) və Tağı Nəsibov (65 kq) rinqə çıxacaq.
Bu gün yarışa yollanacaq yığma iyunun 30-da Bakıya qayıdacaq.
Qeyd edək ki, turnirdə 10 ölkənin boksçularının iştirakı gözlənilir.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0