Azərbaycan taekvondoçusu Qətərdə gümüş medal qazanıb
23.10.2026 - 23:00
Azərbaycan taekvondoçusu Qətərdə gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Qətərin paytaxtı Dohada keçirilən altıncı “Qatar Open” beynəlxalq turnirində gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, milli komandamızın üzvü 63 kq çəki dərəcəsində mübarizə apararaq ikinci yerə layiq görülüb.

Qeyd edək ki, beynəlxalq turnir oktyabrın 19-dan 21-dək keçirilib.