Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) gənc boksçular üçün antidopinq üzrə maarifləndirici seminar təşkil edib.
Apasport.az xəbər verir ki, seminarda iştirakçılara dopinqin insan sağlamlığına vurduğu zərərlər, istifadəsi qadağan edilən maddə və üsulların siyahısı, dopinq nəzarətinin mərhələləri haqqında ətraflı məlumat verilib.
Həmçinin təmiz idmanın hüquqi və etik çərçivəsi, eləcə də narkotik vasitələrin idman və cəmiyyət üçün yaratdığı risklərdən danışılıb.
İnteraktiv şəkildə keçirilən tədbirdə iştirakçıların sualları ətraflı cavablandırılıb.
Belə təşəbbüslər yalnız biliklərin artırılmasına xidmət etmir, həm də idmanda sağlam və məsuliyyətli yanaşmanın təşviqi, etik davranış normalarının möhkəmləndirilməsi və gənc idmançıların düzgün seçim etməsinə dəstək olur.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu