Eyndhoven Kubokuna 5 boksçu ilə
05.06.2025 - 16:38
Niderlandın Eyndhoven şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda Azərbaycan millisi 5 idmançı ilə təmsil olunacaq.
Eyndhoven kubokunda məşqçilər Ceyhun Abiyev və İlkin Ağayevin rəhbərliyi altında rinqə Məhəmmədəli Qasımzadə, Məhəmmədəli Aşurəliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) rinqə çıxacaqlar.
Turnirdə Emil Qurbanəliyev ölkəmizi hakimi kimi təmsil edəcək.
Yarış iyunun 6-da start götürəcək. Final döyüşləri isə ayın 9-da olacaq.
- 21 boksçumuz Avropa çempionatında çıxış edəcək
- Azərbaycanı U-19 Avropa çempionatında doqquz boksçu təmsil edəcək
- Azərbaycanın oğlanlardan ibarət boks millisi Avropa çempionatında üçüncü yeri tutub
- Vüsal Nəsirli Peşəkar Boks Federasiyasının yeni prezidenti vəzifəsinə təyin olunub
- İstamov Avropa çempionu oldu
0
0