Azərbaycanın iki boksçusu Macarıstanın Eqer şəhərində gənclər arasında keçirilən beynəlxalq turnirdə finala yüksəlib.
Apasport.az Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarımfinalda Tağı Nəsibov (60 kq) macarıstanlı Daniel Frankla qarşılaşıb.
Boksçumuz 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. O, həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gələcək.
Abbasqulu Şadlinski (71 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. O, yarımfinalda Rastislav Aniskodan (Slovakiya) güclü olub – 5:0 (29:27, 29:28, 29:28, 29:28, 29:28). Şadlinski finalda Arpad Jamborla (Macarıstan) qarşılaşacaq.
Qeyd edək ki, final döyüşləri bu gün keçiriləcək.
- Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı
- 8 boksçumuz “Heydər Əliyev kuboku-2026”ya qələbə ilə başlayıb
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
- Azərbaycan boks tarixində ilk: Dünya Kubokunda 3 qızıl medal