
Mayın 10-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Apasport.az ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahanda 53 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.
Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
- Cüdoçularımız Qran-prini 9 medalla başa vurublar
- Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
- Yeniyetmələr arasında Aran-Mil-Muğan bölgəsi üzrə region birinciliyi keçirilib
- Cüdoçularımızdan Qvadalaxara Qran-Prisinin ilk günündə 3 medal
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub - FOTO