Bu gün Gürcüstanın paytaxtı Tbilisidə "Böyük Dəbilqə" turniri start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günü 5 cüdoçumuz 4 çəki dərəcəsində (3 kişi və 2 qadın) tatamiyə çıxıb.
60 kq çəki dərəcəsində Murad Muradlı ilk mərhələdə Jaba Papinaşviliyə (Gürcüstan) qalib gəlsə də, növbəti görüşdə Enzo Jeana (Fransa) məğlub olub.
66 kq çəki dərəcəsində Rəşad Yelkiyev ilk qarşılaşmada Luka Saqanelidzeyə (Gürcüstan), sonra isə Françesko Cargneluttiyə (İtaliya) qalib gəlib. 1/4 finalda onun rəqibi Abdurakhim Nutfulloev (Özbəkistan) olub. Yenə qələbə qazanan Yelkiyev yarımfinala yüksəlib. Amma final yolunda Abrek Naquçevə (IJF) uduzub. Cüdoçumuz bürünc uğrunda Azizbek Ortikovla (Özbəkistan) qarşılaşıb və uduzaraq medal qazanmağ şansını əldən verib.
Nazir Talıbov isə startda Laşa Nadiradzeyə (Gürcüstan) məğlub olub.
52 kq çəki dərəcəsində Aydan Vəliyeva ilk görüşdə Qal-Od Tserentoqtoxa (Monqolustan) qalib gəlsə də, növbəti mərhələdə Amandine Bucharda (Fransa) uduzub. Təsəlliverici yarışda onun rəqibi Roza Gyertyas (Macarıstan) olub. Bu dəfə də məğlub olan cüdoçumuz mübarizəni dayandırıb.
57 kq çəki dərəcəsində Fidan Əlizadə də ilk mərhələdə Byanka Reisə (Braziliya) məğlub olub.
Qeyd edək ki, komandamız turnirdə 8 çəki dərəcəsində ümumilikdə 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq. Yarış martın 23-ə kimi davam edəcək.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu