
Cüdo üzrə qadınlar və kişilər arasında keçirilən Bakı çempionatında ilk günə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə müxtəlif çəki dərəcələrində qaliblər müəyyənləşib.
Kişilər arasında Əhməd Rüstəmov (60 kq), Mehdi Cəfərov (73 kq) və Naim Hüseynov (90 kq) qalib olublar. Qadınların mübarizəsində isə Şəfəq Həmidova (48 kq), Elmira Mustafayeva (57 kq) və Şəlalə Səlimzadə (70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, yarışda Bakının 35 müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından 238 cüdoçu medallar uğrunda mübarizə aparır.
- Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar
- Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
- Avropa çempionatı: Ölkəmizi 19 idmançı təmsil edəcək
- Millimiz Avropa çempionatında iştirak edəcək - FOTO
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb