Cüdoçularımız Antalya Avropa Kubokunda iştirak edəcək
05.03.2025 - 13:49
Avropa Cüdo Birliyinin təqviminə əsasən 8-9 martda Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan yarışda 16 çəki dərəcəsində 25 oğlan və 28 qız cüdoçu ilə təmsil olunacaq.
Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
0
0