Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçiriləcək Avropa Kata çempionatında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, iyunun 10-11-də təşkil olunacaq yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunacaq.
Çempionatda 20 ölkədən 306 cüdoçu mübarizə aparacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcəklər.
Qeyd edək ki, idmançılarımız iyunun 12-14-də Sarayevoda baş tutacaq Kodokan seminarında təmsil olunacaqlar.
Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke
Katame-no-Kata
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov – uke