Gənc cüdoçulardan ibarət Azərbaycan yığması Polşanın Poznan şəhərində keçirilən Avropa kubokunun ilk günündə uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, millimizin dörd idmançısı fəxri kürsüdə yer almağı bacarıb.
60 kq çəki dərəcəsində iki cüdoçumuz medala sahib çıxıb. Fərid Qarayev bütün rəqiblərinə qalib gələrək, kürsünün ən yüksək pillədə yer alıb. Nihad Məmişov isə Avropa kubokunda bürünc qazanıb.
Məhəmməd Musayev (66 kq) yarışda birinci olub. O, həlledici görüşdə niderlandlı rəqibini məğlub edərək, qızıla yiyələnib.
Abil Yusubov (73 kq) Avropa kubokunda bürünc medal qazanıb.
Qeyd edək ki, turnirdə 23 ölkədən 438 idmançı iştirak edir. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 7 çəki dərəcəsində 12 cüdoçu ilə təmsil olunur.
- Azərbaycanın kata ekspertləri Sarayevoda kodokan seminarında iştirak ediblər
- Mehdiabad qəsəbəsində yeni cüdo zalı istifadəyə verilib
- Millimiz Rusiyada beynəlxalq təlim-məşq toplanışına qatılıb
- Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib