Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə 3 medal qazanıblar.
Apasport.az xəbər verir ki, bu gün 4 çəki dərəcəsində 11 idmançımız tatamiyə çıxıb.
Kişilərdə Rəşid Məmmədəliyev (73 kq) zədə səbəbindən Tatsuki İşihara (Yaponiya) ilə final görüşünə çıxa bilməyib və gümüş medalla kifayətlənib. Bu çəkidə Vüsal Qələndərzadə üçüncü yer uğrunda görüşdə Ryuqa Tanakanı (Yaponiya) məğlub edərək bürünc medala yiyələnib.
81 kq çəki dərəcəsində
Zelim Tçkayev finalda Fransua Qotye-Drapoya (Kanada) qalib gələrək millinin hesabına ilk qızıl medalı yazdırıb. Bu çəkidə Ömər Rəcəbli bürünc medal uğrunda qarşılaşmada Askerbiy Qerbekova (Bəhreyn) uduzub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə iki bürünc medal qazanıb. Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) 3-cü yeri tutub.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu