Olimpiya çempionu Hidayət Heydərov (73 kq) bütün kateqoriyalar üzrə cüdoçular arasında topladığı reytinq xallarının sayına görə ikinci olaraq qalır.
Apasport.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) ümumi siyahısı həm kişilər, həm də qadınlar arasında dünya sıralamasında liderlərin göstəricilərini əks etdirir.
Azərbaycan cüdoçusu 7254 xalla ikinci pillədə möhkəmlənib.
Bu, kişilər arasında ən yüksək göstəricidir və Heydərov ümumi reytinqdə yalnız Olimpiya çempionu Krista Dequçidən (Kanada, 8440) geri qalır. Onun ardınca Yay Oyunlarının digər qalibi Diora Keldiyorova (Özbəkistan, 6550) qərarlaşıb.
Digər olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) qazandığı xallara görə (6112) altıncıdır.
- Azərbaycanın kata ekspertləri Sarayevoda kodokan seminarında iştirak ediblər
- Mehdiabad qəsəbəsində yeni cüdo zalı istifadəyə verilib
- Millimiz Rusiyada beynəlxalq təlim-məşq toplanışına qatılıb
- Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edib
- Kişilər arasında cüdo üzrə Liqa yarışının II turu keçirilib