Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, kişilərin 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev yarışa 1/16 finaldan başlayıb.
O, ilk görüşündə Moldova təmsilçisi Viktor Sterpu ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz adını 1/8 finala yazdırıb.
Tçkayev bu mərhələdə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşıb. Rəqibinə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala vəsiqə qazanıb.
Cüdoçumuz yarımfinala gedən yolda belçikalı Mattias Kasse ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Tçkayev adını yarımfinala yazdırıb.
Azərbaycan təmsilçisi finala gedən yolda qazaxıstanlı Abilayxan Zubanazarı da məğlub edib. Bununla da Zelim Tçkayev dünya çempionatının həlledici görüşünə vəsiqə qazanıb.
- Rəşid Məmmədəliyevdən dünya çempionatında bürünc medal - YENİLƏNİB
- DÇ: Hidayət Heydərov mübarizəni dayandırdı - YENİLƏNİB
- Xədicə Qədəşova mundialla vidalaşdı
- Dünya çempionatı: Cüdoçularımız tatamiyə çıxır - YENİLƏNİR
- Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB