Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə yeni cüdo zalı fəaliyyətə başlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunan zalda paltardəyişmə otaqları və digər köməkçi sahələr yaradılıb.
Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb.
Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14 300 tatami paylanılıb.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu