Yeniyetmə cüdoçular arasında ACF Kuboku keçiriləcək
12.03.2025 - 16:18

Martın 15-16-da 17 yaşadək yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışda 43 klub və idman cəmiyyətindən 348 cüdoçu (288 oğlan, 60 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.
- Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar
- Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
- Avropa çempionatı: Ölkəmizi 19 idmançı təmsil edəcək
- Millimiz Avropa çempionatında iştirak edəcək - FOTO
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb
0
0