Macarıstanın Debretsen şəhərində keçirilən Şinkyokuşinkay üzrə Avropa çempionatında Azərbaycan yığma komandası uğurlu nəticələr əldə edib.
Apasport.az xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdin Rüstəmovun rəhbərliyi altında milli komandamız təmsil edib.
Çempionatda idmançılarımızdan Zeynallı Solmaz (59 kq) və Həsənov Səlahət (80 kq) bürünc medal qazanıblar. Əhmədov Balaəmi isə 60 kq çəki dərəcəsində finala yüksələrək gümüş medalla kifayətlənib.
Bununla yanaşı, beynəlxalq yarışda ölkəmizi hakim qismində Allahverdi Rüstəmov və Samir Fərzəliyev də təmsil ediblər.
Azərbaycan yığma komandası əldə olunan bu nailiyyətləri Anım Günündə Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr edib.
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
- İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
- Kikboksinq üzrə Azərbaycan çempionu olan 17 yaşlı qız Kürdə batıb
- Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB