Azərbaycan kikboksçularından Avropa çempionatında 21 medal
21.09.2025 - 13:57
Azərbaycan kikboksçularından Avropa çempionatında 21 medal

Sentyabrın 12-21-də İtaliyanın Lido Jesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə gənclər, yeniyetmələr və kadetlər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası yüksək nəticə göstərib.

Apasport.az xəbər verir ki, ümumilikdə milli komanda 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanaraq bu mötəbər yarışda iştirak edən 41 ölkə arasında 14-cü pilləyə yüksəlib.

Hakimlər kollegiyasının üzvü, respublika və beynəlxalq dərəcəli hakim Səbinə Qiyasova, beynəlxalq A kateqoriyanı qazanmaqdan əlavə olaraq yarışın ən yaxşı rinq qadın hakimi seçilib.

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Mammadov milli komandanın bütün üzvlərini, məşqçilər heyətini, hakimləri qazanılmış uğurlara görə təbrik edib.