Azərbaycan Olimpiya Oyunlarında 50-ci medalını təmin etdi
29.07.2024 - 21:58
Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan ölkələr sırasına düşüb.
Apasport.az xəbər verir ki, bu, 73 kq çəki dərəcəsində yarışan cüdoçu Hidayət Heydərovun bu gün finaldakı qələbəsi sayəsində mümkün olub. Hazırda Azərbaycan millli komandasının aktivində 1 qızıl medal var.
Bu uğura görə Azərbaycan medal sıralamasında 13-cü yeri tutur. Medal qazanan ölkələrdən (qızıl olmayan) 18-si Azərbaycandan geridədir. Bununla belə, gününün sonuna qədər yerdəyişmə də ola bilər.
Qeyd edək ki, bu, Azərbaycan yığması tarixində 50-ci Olimpiyada medalı olub.
1
0