
"Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025" ABŞ-da bu mərhələnin televiziya yayımları tarixində ən populyar yarış olub.
Apasport.az xəbər verir ki, "Formula-1"in yayım hüquqlarına uzunmüddətli sahib olan ABŞ telekanalı ESPN rekord tamaşaçı marağı qeydə alıb.
Sentyabrın 21-də keçirilən əsas yarışın canlı yayımı demək olar ki, 1,1 milyon tamaşaçı toplayıb - bu, Azərbaycan Qran-prisi Amerika televiziya tarixində ən yüksək göstəricisidir.
Qeyd edək ki, yarış ABŞ vaxtı ilə səhər saatlarda start götürüb. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı, 2024-cü ildə isə bu rəqəm 865 min idi.
Ümumilikdə, 2025-ci ildə ESPN, ESPN2 və ABC kanallarında "Formula-1" yarışlarının televiziya auditoriyası orta hesabla 1,4 milyon nəfər təşkil edir. Bu da ABŞ-da "Formula-1" yayımlarının tarixində ən yüksək nəticədir. Əvvəlki rekord göstərici 2022-ci ildə 1,21 milyon tamaşaçı olmuşdu.
Xatırladaq ki, "Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi" sentyabrın 19–21-də baş tutub. Yarışın qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen olub.
- III MDB Oyunlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin ilk qrupu Azərbaycanda
- Milli Paralimpiya Komitəsi: "Daim şəffaflığın tərəfdarı olmuşuq"
- III MDB Oyunları zamanı azarkeşlər üçün fan zonalar qurulacaq
- Roman Saleidən növbəti medal
- Velosiped üzrə Federasiya Kuboku yarışının II mərhələsi keçirilib - FOTO