Azərbaycan üzgüçüləri Avropa çempionatında şəxsi rekordlarını yeniləyib
12.07.2026 - 17:09
Azərbaycan üzgüçüləri Avropa çempionatında şəxsi rekordlarını yeniləyib

Almaniyada keçirilən 18 yaşadək üzgüçülər arasında Avropa çempionatında Azərbaycan millisi 7 idmançı ilə təmsil olunub.

Apasport.az xəbər verir ki, yığmamızın iki üzvü yarışda şəxsi rekordunu yeniləyib.

Qızların 400 metr sərbəst üsulla üzmə yarışında çıxış edən Anastasiya Qnusina məsafəni 4:33.74 nəticə ilə başa vuraraq əvvəlki şəxsi göstəricisini yaxşılaşdırıb. Onun əvvəlki ən yaxşı nəticəsi 4:38.54 idi.

Oğlanların 400 metr sərbəst üsulla üzmə yarışında mübarizə aparan Fərhad Şirməmmədli isə 4:09.96 nəticə göstərərək şəxsi rekordunu yeniləyib. O, əvvəlki ən yaxşı göstəricisini (4:13.13) geridə qoyub.