Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) mətbuat xidmətindən məlumat verilib.
Sözügedən məsələ ötən gün AKOF-un prezidenti Anar Quliyevlə Dünya Kamandan Oxatma Federasiyasının rəhbəri Uğur Erdener arasında baş tutan görüş zamanı razılaşdırılıb.
Görüşdə həmçinin Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə iştirak imkanlarının artırılması və məşqçilərin qabaqcıl təcrübələrə yiyələnməsi üçün ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.
Qeyd edək ki, ötən gün Dünya Kamandan Oxatma Federasiyasının rəhbəri Uğur Erdener Azərbaycana işgüzar səfəri çərçivəsində AKOF-un prezidenti Anar Quliyevlə bir araya gəlib. Qonaq həmçinin yeniyetmə və gənclərdən ibarət yığmaların açıq havada keçən təlim-məşq prosesini izləyib.
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub