Badmintonçumuz Niderlandda gümüş medal qazanıb
29.10.2024 - 13:31
Badmintonçumuz Niderlandda gümüş medal qazanıb

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenbos şəhərində keçirilən “International Challenge” seriyalı “YONEX Dutch Open” beynəlxalq turnirində gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, Keişa Fatimə Zəhra qadın badmintonçuların şəxsi yarışında finala kimi irəliləyib.

Mübarizəyə 1/16 finaldan başlayan Keişa finala gedən yolda Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib.

Keişa qızıl medal uğrunda keçirilən oyunda Malayziya badmintonçusu Kisona Selvaduraya 0:2 (14-21,16-21) hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.

0