Kişi həndbolçulardan ibarət “Bakı” klubunun Avropa Həndbol Federasiyası (EHF) Avropa kuboku yarışlarındakı oyunlarının vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirdə ölkəmizi təmsil edəcək paytaxt klubu yarışa ikinci təsnifat mərhələsindən qoşulacaq.
Bakılılar Bosniya və Herseqovina təmsilçisi “Qraçanisa” ilə oktyabrın 29-da və 30-da üz-üzə gələcək. İki klub arasındakı razılaşmaya əsasən hər iki matç Qraçanisadakı Luke İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk qarşılamada balkanlılar, cavab oyununda təmsilçimiz meydan sahibi sayılacaq.
- Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Şəkidə təlim-məşq toplanışındadır
- Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazandı
- Bakıda beynəlxalq badminton turnirinə start verilib
- Azərbaycanlı qolfçu Qazaxıstanda çempion olub
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ