
"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula 1"in ikinci mərhələsində - Çin Qran Prisində qalib gəlib.
Apasport.az xəbər verir ki, yarış Şanxayda baş tutub.
Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü Mercedes komandasının pilotu britaniyalı Corc Rassel tamamlayıb.
Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (Aston Martin) yarışı erkən bitirib.
Piastri "Formula 1"də üçüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində qalib gəlmişdi.
Qeyd edək ki, Qran Prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.
- Stend Atıcılığı üzrə Federasiya Kuboku start götürüb
- Azərbaycan ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatı keçiriləcək - TARİXDƏ İLK DƏFƏ
- Stend atıcılığı üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
- Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək
- Tennisçilərimiz "Davis Cup"da 3-cü qrupa yüksəliblər