Misli Premyer Liqasının XIII turunda bu gün daha bir qarşılaşma keçirilib.
Apasport.az xəbər verir ki, son ölkə çempionu “Sabah” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.
Mərdəkandakı “Sabah Arena”da keçirilən görüşü Vüqar Həsənli idarə edib.
Ev sahibləri rəqibini 2 cavabsız qolla məğlub edib - 2:0
Rəqibindən bir oyun az keçirən paytaxt təmsilçisi 27 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Naxçıvan klubu isə 4 xalla sonuncu – 12-ci sıradadır.
Misli Premyer Liqası
XIII tur
28 noyabr
19:00. “Sabah” – “Araz-Naxçıvan” 2:0
Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sabah Arena”
“Sabah”: 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 20. Coy-Lens Mikels 3. Stiv Solvet 11. Kahim Parris 18. Karlos Eduardo 7. Umarali Raxmonaliyev 4. Eyden Makkarti
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 16. Rauf Rüstəmli 9. Xəyal Əliyev 21. Velko Simiç 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 37. Du Keyros 99. Patrik Mbina 88. Rodriqo Fernandeş 34. Ksander Severina 23. Yunes Laşaab 8. Kristian Nvaçukvu
Baş məşqçi: Valdas Dambrauskas
"Araz-Naxçıvan": 99. Tərlan Əhmədli 26. Ömər Buludov 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 10. Şarl Boli 5. Luka Dumançiç 23. Alberto Fernandes
Ehtiyat oyunçular: 1. Artur Auqusto 88. Raul Əhmədzadə 14. Ülvi İsgəndərov 7. Rövlan Muradov 13. Qabil Əlizadə 21. İbrahim Piriyev 19. Abdallah Sudi
Baş məşqçi: Yuri Maksimov