Daha bir təmsilçimiz Paris-2024-lə vidalaşdı
29.07.2024 - 11:13
![Daha bir təmsilçimiz Paris-2024-lə vidalaşdı](https://ww3.apasport.az/storage/news/2024/july/29/big/66a7410fc0cf966a7410fc0cfa172223719966a7410fc0cf766a7410fc0cf8.jpg)
Təmsilçimiz Keişa Fatimə Zəhra Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, badminton üzrə qadınların fərdi mübarizəsində qrup mərhələsinin növbəti oyunları keçirilib.
Keişa Fatimə Zəhra N qrupunda ikinci turun matçına çıxıb. O, böyük britaniyalı Kirsti Gilmorla qarşılaşıb.
Badmintonçumuz 2:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, ilk turda da məğlub olan Keişa Olimpiadada çıxışını yekunlaşdırıb.
0
0