Azərbaycan Alpinizm Federasiyasının (AAF) İdarə Heyəti bu gün dünya səviyyəli uğura imza atmış alpinistlər – Elmira Aslanova və Vəfa Musayeva ilə rəsmi görüş keçirib.
Apasport.az xəbər verir ki, görüşdə Everest zirvəsinə uğurla qalxmış azərbaycanlı qadın alpinistlərə federasiya tərəfindən təşəkkür bildirilib və onların bu tarixi nailiyyəti yüksək qiymətləndirilib.
Görüşdə həmçinin ekspedisiya zamanı yaşanan çətinliklər, hazırlıq mərhələsi və gələcək planlar barədə də geniş müzakirələr aparılıb. Elmira Aslanova və Vəfa Musayeva onlara göstərilən dəstəyə görə federasiyaya təşəkkür edib və Azərbaycan bayrağını dünyanın ən yüksək nöqtəsində dalğalandırmaqdan böyük qürur hissi keçirdiklərini bildiriblər.
Azərbaycan Alpinizm Federasiyası gələcəkdə də belə uğurlu layihələri dəstəkləyəcəyini və gənc alpinistlərin inkişafı üçün yeni imkanlar yaradacağını vurğulayıb.
- Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub
- Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub