Bu gün Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Elmira Aslanovaya həsr olunmuş “Arzunun ardınca” filminin təqdimat mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində baş tutub.
Filmin premyerasından əvvəl Elmira Aslanova çıxış edərək, ekran işinin onun üçün böyük əhəmiyyət daşıdığını və gənclərə güclü stimul verəcəyinə inandığını bildirib:
“Beynəlxalq Alpinizm Günündə burada sizinlə olmaqdan çox şadam. İlk növbədə ailəmə təşəkkürümü bildirmək istəyirəm. Bir çox ölkələrdə olmuşam, yaşamışam, amma bizdəki bacı-qardaş münasibətini heç yerdə görməmişəm. Atam mənim alpinizmlə məşğul olmağımı tam başa düşməsə də, heç vaxt qarşı çıxmır, əksinə, dəstəkləyirdi. Arzu xanımla ilk dəfə 2023-cü ildə tanış olmuşuq. Filmi ilk dəfə izləyəndə çox böyük heyrət içində qaldım. İnanıram ki, hər kəs arzuladığı xəyala çata bilər. Arzu xanıma xüsusi təşəkkürümü bildirirəm. Əminəm ki, bu film gənclər üçün böyük stimul olacaq. Bu axşamı sizinlə burada bölüşmək mənim üçün böyük məmnuniyyətdir”.
Qeyd edək ki, Elmira Aslanova 2023-cü ildə Azərbaycan bayrağını Everestin zirvəsinə qaldırıb.
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Antonelli Monako Qran-prisini lider tamamlayıb
- Azərbaycan dopinqlə bağlı Fransada keçirilən beynəlxalq konfransda təmsil olunub
- Dünya çempionatında medal qazanan deflimpiyaçılarla görüş keçirilib
- Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi