Fiziyev Oliveyra ilə döyüşə niyə çıxmadı? - ÖZÜ AÇIQLADI
24.09.2025 - 13:48
Fiziyev Oliveyra ilə döyüşə niyə çıxmadı? - ÖZÜ AÇIQLADI

Rafael Fiziyev Çarlz Oliveyra ilə qarşılaşmaya çıxa bilməyəcək.

Apasport.az xəbər verir ki, UFC döyüşçüsü bunun səbəbini açıqlayıb.

O, bu barədə sosial şəbəkə hesabına paylaşım edib. Rafael bildirib ki, buna zədə səbəb olub:

“Hamı soruşur ki, niyə döyüşdən kənarda qaldım. Dizimi yenidən zədələdim. Hazırlıq yaxşı gedirdi, güləşirdim, amma diz yenə də tab gətirmədi. Bağlarda yırtıq, menisk. İndi əsas məsələ sağalmaqdır. Bu dizdən artıq iki dəfə əməliyyat olunmuşam. Üçüncü əməliyyata ehtiyac qalmasın deyə vaxtında müalicə vacibdir. Bir neçə ay müalicə olunacağam. Düşünürəm ki, yeni ildən sonra yenidən döyüşə qayıdacağam. Yaxşı rəqiblə qarşılaşmaq üçün şans qazanmalıyam. Mənim üçün dua edin ki, tezliklə sağalım”.

Qeyd edək ki, Rafael Fiziyevin Çarlz Oliveyra ilə döyüşü oktyabrın 11-də Rio-de-Janeyroda keçirilməli idi.