
Güllə atıcılığı üzrə Azərbaycan Çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışda 4 kateqoriya üzrə qaliblər müəyyənləşib.
50 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Rəsul Məmmədov birinci, Hacı Musayev ikinci, Vladislav Kalmıkov isə üçüncü yeri tutub.
Qadınların 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Zeynəb Sultanova çempion olub. Bu kateqoriyada Nilufər Səmədli ikinci, Sofiya Barxalova isə üçüncü pillədə qərarlaşıb.
Kişilərin 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Ruslan Lunev qızıl medal qazanıb, İmran Qarayev gümüş, Cəfər Sultanlı isə bürünc medalla kifayətlənib.
50 metr məsafəyə 3 vəziyyətdə tüfənglə atəş açma yarışında isə Nigar Ramazanova qalib olub. Bu növdə Əliməmməd Hüseynov ikinci, Üzeyir Tapdıqlı isə üçüncü yeri tutub.