Çikaqonun “United Center” arenasında UFC 319 turniri keçirilib.
Apasport.az xəbər verir ki, gecənin əsas döyüşü orta çəki dərəcəsində titul uğrunda cənubi afrikalı Drikus du Plessi ilə BƏƏ təmsilçisi Həmzət Çimayev arasında baş tutub.
Beş raund davam edən qarşılaşma hakimlərin qərarı ilə Çimayevin qələbəsi ilə nəticələnib.
Bu qalibiyyət Həmzətə orta çəkidə UFC çempionluq kəmərini qazandırıb.
Qeyd edək ki, bu uğurdan sonra Çimayev peşəkar MMA karyerasında 15-ci qələbəsini qazanıb və hələ də məğlub olmayıb. Du Plessi isə UFC-də ilk məğlubiyyətini alıb. Bu, ümumilikdə 22 qələbəsi olan cənubi afrikalı idmançının karyerasında üçüncü məğlubiyyəti olub.
- Azərbaycan kikboksçularından Dünya Kubokunda 32 medal
- "UFC-329"da möhtəşəm döyüş gecəsi: Makqreqor, Hollovey, Pimblett, Sen-Denis!
- Titanlar yenidən üz-üzə: MAKQREQOR QAYITDI
- Rafael Fiziev: “Azərbaycana qayıdacağım üçün çox xoşbəxtəm”
- Fərman Həsənov: “Azərbaycanda məğlub olmağı ağlımdan belə keçirmirəm”