III MDB Oyunları: Badmintonçularımız bürünc medal qazanıb
01.10.2025 - 19:06
III MDB Oyunları: Badmintonçularımız bürünc medal qazanıb

III MDB Oyunları çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə yarışlar davam edib.
 
Apasport.az xəbər verir ki, qarışıq komanda yarışlarında Azərbaycan komandası Rusiya 0:3 hesabı ilə məğlub olub və bürünc medala sahib çıxıb.
 
Qeyd edək ki, sabah baş tutacaq finalda Rusiya komandası Özbəkistanla qarşılaşacaq.