Bu gün Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sambo yarışlarına start verilib.
Apasport.az xəbər verir ki, yarışlar kişilər arasında 8 çəki dərəcələrində keçirilir.
Beş çəkidə Azərbaycan təmsilçiləri finala yüksəliblər.
Abdullətif Musayev (53 kq), Rüstəm Qasimzadə (58 kq), Nihad Rəhimov (64 kq), Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+ 98 kq) qızıl medal uğrunda vuruşacaqlar.
Eyni zamanda 71 kq-da Mikayıl Amirov və 88 kq-da Xəzər Əmrahlı yarımfinalda uduzublar və bürünc medal üçün mübarizə aparacaqlar.
Qeyd edək ki, medal görüşləri saat 17:00-da başlayacaq.
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
- İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
- Kikboksinq üzrə Azərbaycan çempionu olan 17 yaşlı qız Kürdə batıb
- Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB