İyunun 11-dən 24-dək Tatarıstanın paytaxtı Kazanda “BRİCS Sports Games Kazan 2024” beynəlxalq multi-idman tədbiri keçiriləcək.
Apasport.az xəbər verir ki, ölkəmiz yarışda 8 stolüstü tennisçi ilə təmsil olunacaq.
Bu gün Tatarıstana yola düşən komandanın heyətində Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Aylin Əsgərova, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Rüstəm Hacılı və Adil Əhmədzadə yer alıb. Komandaya məşqçilər Mixail Timofeyev və Ramil Cəfərovun rəhbərlik edəcəklər. Beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova isə Kazanda ədaləti qoruyacaq. İyunun 13-də start veriləcək stolüstü tennis yarışlarına iyunun 16-da yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycanı “BRİCS Sports Games Kazan 2024”də 11 idman növü üzrə 97 idmançı təmsil edəcək.