Futzal üzrə Azərbaycan milli komandası bu gün AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, 5-ci qrupda yer alan millimiz Bakıda Yunanıstan yığması ilə qarşılaşıb.
Bakı İdman Sarayında təşkil olunan görüş saat 20:00-da başlayıb.
Matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.
Yığmamızın heyətində Oktay Rüstəmli fərqlənib. Qonaq komandada isə Leandros Tankas və Marios Ntatis adını tabloya yazdırıb. Yunanların heyətində Spridon Papakostas avtoqol müəllifi olub.
AVRO-2026
Azərbaycan - Yunanıstan - 2:2
4 fevral. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Telmen Undrakh, (Norveç), Jacob Pawlowski (Almaniya), Dag Erik Tangvik (Norveç)
Timekeeper: Ramil Namazov (Azərbaycan)
Hakim-inspektor: Stefan Tivold (Sloveniya)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)