Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "DreamLand" Qolf Akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib.
Apasport.az xəbər verir ki, turnirdə yerli qolfçularla yanaşı ölkəmizdə yaşayan əcnəbilər də iştirak ediblər.
50 qolfçunun iştirak etdiyi yarışda Azərbaycan təmsilçisi Tural Vəlizadə qalib gələrək (78 xal) "Lexus Trophy 2024" çempionu adını qazanıb.
Daha sonra 2 kateqoriyada "Stableford” turniri keçirilib. A kateqoriyasında 41 xalla Nik Hore ilk yerin sahibi olub. Alistair Dougall 40 xalla 2-ci, Tural Vəlizadə 38 xalla 3-cü yeri tutub.
B kateqoriyasında isə Regina Bədəlbayeva 45 xalla qalib adını qazanıb. Növbəti yerləri Con Rayt (44 xal) və Vasso Papadopulou (42 xal) tutublar. “Longest drive champion” nominasiyasında Elman Rzayev, “Nearest the pin champion” nominasiyasında isə Eldar Kərimov fərqəniblər.
Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov qalibləri mükafatlandırıb, onlara turnirə töhfə verdikləri üçün təşəkkürünü bildirib.