Taqir Ulanbekov: “Həbib həmişə mənə deyir ki, çəkinmə, irəli atıl” 
21.06.2025 - 22:58
Taqir Ulanbekov: “Həbib həmişə mənə deyir ki, çəkinmə, irəli atıl” 

"Bütün məşqçi heyəti raundlar arası məşq zamanı deyirdi ki, teykdaun etmə, ayaq üstündə döyüş. Mən də bu gün sübut etdim ki, ayaq üstündə döyüşə bilirəm".

Apasport.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən “UFC Fight Night”da qazaxıstanlı Maksum Azata qalib gələn rusiyalı Taqir Ulanbekov jurnalistlərə açıqlamasında deyib.

İdmançı döyüş vaxtı hər şeyin onun tərəfində olduğunu bildirib: "Layiqli qələbə qazandığımı düşünürəm. Bütün döyüş vaxtı irəli atılırdım. Həbib (Nurməhəmmədov) həmişə mənə deyir ki, çəkinmə, irəli atıl. Döyüşdən sonra rəqibə dedim ki, təəssüflənməsin. Bu gün mən qalib gəldim, növbəti döyüş onun qələbəsi ilə başa çata bilər".