Bu gün MMA üzrə UFC 325 turniri keçirilib.
Apasport.az xəbər verir ki, Avstraliyanın Sidney şəhərində baş tutan yarışın əsas kartı 5 döyüşdən ibarət olub.
Yüngül çəki dərəcəsində avstraliyalı Qulyan Salkilld Ceymi Mullarkeylə üz-üzə gəlib. Ev sahibi ilk raundda rəqibini təslim olmağa məcbur edib.
Ağır çəki dərəcəsində Avstraliya təmsilçisi Tay Tuyvasa braziliyalı Tallison Teyşeriya ilə qarşılaşıb. Hakimlərin qərarı nəticəsində Teyşeriya qələbə qazanıb.
Günün üçüncü döyüşü azərbaycanlı idmansevərlər üçün daha diqqətçəkən olub. Yüngül çəki dərəcəsində Azərbaycanı təmsil edən Rafael Fiziev braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib. Təmsilçimiz ilk raundu üstün tamamlasa da, ikinci raundda nokautla məğlub olub.
Turnirin növbəti döyüşü də yüngül çəki dərəcəsində baş tutub. Yerli Dan Hukr Fransa təmsilçisi Benoyi Sayn-Denislə qarşılaşıb. Avropalı ikinci raundda rəqibinə nokautla qalib gəlib.
Günün əsas qarşılaşması yarımyüngül çəki dərəcəsində çempionluq döyüşü olub. Avstraliyalı çempion Aleksandr Volkanovski Dieqo Lopezlə görüşə kəməri müdafiə etmək üçün çıxıb. Braziliyalı isə ötən il məğlub olduğu rəqibindən revanş almaq istəyib.
Gərgin keçən döyüşün son hissələri Volkanovskinin üstünlüyü ilə keçib. Qalib hakim qərarı ilə müəyyənləşib. Avstraliyalı kəmərini müdafiə etməyi bacarıb.
- Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
- İan Qerri: “Karyeramın ən yaxşı döyüşünü keçirdim”
- İslam Maxaçev titulunu qorudu – UFC-də 17-ci ardıcıl qələbə
- Kikboksinq üzrə Azərbaycan çempionu olan 17 yaşlı qız Kürdə batıb
- Tofiq Musayevdən UFC-də ikinci qələbə - YENİLƏNİB