UFC Bakı gecəsinin qalibi – Halil Rauntri
22.06.2025 - 02:31
UFC Bakı gecəsinin qalibi – Halil Rauntri

Bakıda keçirilən UFC döyüş gecəsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, gecənin əsas görüşü yarım ağır çəki dərəcəsində baş tutub.

Reytinqdə 4-cü pillədə qərarlaşan Camahal Hill və dünya 7-cisi Halil Rauntri üz-üzə gəliblər. 

ABŞ təmsilçilərinin duelində qalibi hakimlər təyin edib. Rauntri görüşü qələbə ilə başa vurub.