UFC döyüş gecəsində ilkin görüşlərə yekun vurulub
21.06.2025 - 23:08
Bakıda keçirilən UFC döyüş gecəsində ilkin görüşlərə yekun vurulub.
Apasport.az xəbər verir ki, bu hissənin sonuncu - 6-cı görüşü yarım orta çəki dərəcəsində baş tutub.
Cənubi koreyalı Sok Hyön Ko Uels təmsilçisi Oban Elliottla qarşılaşıb. Döyüş qarşılıqlı zərbələrlə keçib. Hakimlərin qərarına əsasən, asiyalı idmançı qalib elan olunub. Hakimlərin hər üçü səslərini ona veriblər.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin də çıxış edəcəyi əsas döyüşlərə 23:00-da start veriləcək.
- Azərbaycan kikboksçularından Dünya Kubokunda 32 medal
- "UFC-329"da möhtəşəm döyüş gecəsi: Makqreqor, Hollovey, Pimblett, Sen-Denis!
- Titanlar yenidən üz-üzə: MAKQREQOR QAYITDI
- Rafael Fiziev: “Azərbaycana qayıdacağım üçün çox xoşbəxtəm”
- Fərman Həsənov: “Azərbaycanda məğlub olmağı ağlımdan belə keçirmirəm”
0
0